Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Prezident təqaüdçüsü, tanınmış şair İlyas Tapdığın anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilmişdir

29 noyabr 2019 | 16:00

29 noyabr 2019-cu il tarixində Prezident təqaüdçüsü, tanınmış şair İlyas Tapdığın anadan olmasının 85 illiyi münasibətilə Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində  tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev şairin yaradıcılığından, xüsusən vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərdən, onun milli dəyərlərimizin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən danışmışdır.
Tədbirdə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş şairin yaradıcılığı təhlil olunmuş, onunla bağlı xatirələr söylənilmiş, görkəmli poeziya ustasının ictimai fəaliyyətinə dair video-çarx nümayiş etdirilmiş,əsərlərindən ibarət kompozisiya və şeirlər səsləndirilmişdir.

 

Keçidlər