Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) və Gədəbəy Rayon İcra Hakimiyyətinin gənc liderlər üçün təşkil etdiyi “Yaylaq düşərgəsi”nə start verilib

31 avqust 2019 | 16:00

Avqustun 30-da Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) və Gədəbəy Rayon İcra Hakimiyyətinin gənc liderlər üçün təşkil etdiyi “Yaylaq düşərgəsi”nə start verilib.
“Yaylaq düşərgəsi”də Gəncəbasar zonası (Gəncə və Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Qazax, Tovuz, Samux və Şəmkir rayonları) YAP rayon təşkilatlarının gənclər birliklərinin gənc fəallarının iştirakı ilə Düzyurd-Miskinli yaylağında keçirilir.
Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini yad ediblər.
“Yaylaq düşərgəsi”nin açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev əvvəlcə qonaqları salamlayaraq bu il Gədəbəydə keçirilən “Yaylaq festivalı”ndan bəhs edib və bu festivalın davamı kimi keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. RİH başçısı daha sonra Ulu Öndərin əsasını qoyduğu YAP-ın gənclər bilrliklərinin üzvlərinin fəal olduğunu diqqətə çatdırıb və onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən natiqlər layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılması yönündə əhəmiyyətindən danışıblar. Bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Qeyd edilib ki, bu tədbirlərin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Açılış mərasimində düşərgənin bayrağı qaldırılıb və layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə iştirakçı gənclərə ətraflı məlumat verilib.

 

Keçidlər