Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə ilk dəfə olaraq Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcəkdir.

22 iyul 2019 | 16:00

Festival milli-mədəni dəyərlərimizi, tariximizi, bir sıra ənənələrimizi özündə əks etdirəcək və rayonun turizm potensialını ölkə və beynəlxalq səviyyədə nümayiş etdirməyə imkan verəcək. Festival əsasən 3 hissədən ibarətdir: mədəni etnoqrafik, milli yaylaq oyunları, eko-etno turizm. Çadırlara - "Xan yurdu”,  "Süvarilər” , "Vəzir yurdu”,  "Xatunlar”, "Sərkərdələr”, "Sənətkarlar”. "Ərənlər”,  "Ozanlar” və s.  kimi simvolik adlar verilib. Hər bir çadır adına uyğun bəzədilir. Festivalın keçirilməsi üçün nəzərdə tutulan  etnoqəsəbənin ərazisində yaşayış yurdları (dəyələr)  ilə yanaşı, "Cıdır meydanı”, "Yaylaq  bazarı”, "Sənətkarlıq guşəsi”, "Dədə Qorqud ocağı” , "Yaylaq yatağı”,  "Pəhləvan meydanı” , "Aşıq Ələsgər ocağı”, "Yaylaq süfrəsi” və digər tematik sahələr yaradılmışdır.

 

Keçidlər