Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Administrasiyasının məsul işçiləri Gədəbəy rayonunda vətəndaşların qəbulunu keçirmişlər.

04 iyul 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 04-də Gədəbəy rayonunda vətəndaşları qəbul ediblər.
Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Görüşdə ümumilikdə 24 nəfərin müraciətidinlənilib.
Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər