Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy RİH başçısının növbəti səyyar qəbulu rayonun Hacılar kəndində keçirilmişdir.

22 may 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişdir. 
Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev giriş nitqində yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Sakinləri narahat edən əsasən kəndarası yolun cari təmiri,işlə təminat və digər məsələlər olmuş ki, onlarda yerindəcə araşdırılmış  və həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
Qəbul zamanı kənd sakinlərini maraqlandıran digər məsələlər barədə də söhbətlər aparılmışdır. Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər