Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Gədəbəy rayonunda tədbir keçirilmişdir.

10 may 2019 | 16:00

Mayın 10-da Gədəbəy rayonunda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Gədəbəy rayonunda tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Əvvəlcə Rayon ictimaiyyətinin təxminən 3000 nəfərdən çox nümayəndəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin  rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha da nümayiş etdirmişlər.
Tədbir iştirakçıları  Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəliyyəti ilə tanış olmuş, fotoşəkillərə baxmışlar. Sonra ulu öndərin həyat və yaradıcılığından bəhs olunmuş   film nümayiş olunmuşdur.
Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Zəhmətkənd kənd tam orta məktəbinin şagirdləri tərəfindən  “Böyük Ömrün dastanı” poemasından hazırlanmış bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar YAP Gədəbəy Rayon Təşkilatı və Gədəbəy Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş “Heydər Əliyev - Odlar Yurdu Azərbaycanın Sönməz Günəşi” mövzusunda inşa yazı müsabiqəsinin, Rayon Gənclər və İdman İdarəsinin və rayonda fəaliyyət göstərən idman məktəblərinin təşkil etdiyi ayrı-ayrı idman növləri üzrə silsiləli turnir və açıq Rayon birincilikləri qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir.

 

Keçidlər