Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy RİH başçısının növbəti səyyar qəbulu rayonun Düz Rəsullu kəndində keçirilmişdir.

03 aprel 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişdir. Görüşdə vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər yerindəcə araşdırılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev giriş nitqində yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Qəbul zamanı kənd sakinlərini maraqlandıran digər məsələlər barədə də söhbətlər aparılmışdır. Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər