Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Çalburun kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.

27 mart 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişdir. Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər yerindəcə araşdırılmışdır. RİH başçısı  çıxış edərək, rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən,  rayonunun mərkəzində və digər kəndlərdə görülmüş işlər barədə kənd sakinlərinə məlumat verdi. Görüş zamanı kənd sakinlərindən çıxış edərək  ölkəmizdə və rayonda görülən işlərə görə həmdə onların problemlərinin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə Ölkə prezidenti cənab İlham Əliyevə və RİH başçısına minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər