Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək şagirdlər yola salınmışlar.

15 mart 2019 | 16:00

15  mart 2019-ci il tarixdə Gədəbəy RİH başcısı və təhsil işçiləri “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək 13 məktəbdən   40 nəfər  şagirdlə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş və şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəliyyəti ilə tanış olmuş, fotoşəkillərə baxmışlar. RİH başçısı İbrahim Mustafayev “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək şagirdlərə uğurlar diləmiş, gedəcəkləri Gədəbəy - Qəbələ - Şəki- Zaqatala  bölgəsində Heydər Əliyev Mərkəzləri, Bayraq Muzeyləri, Gənclər Mərkəzilər və bölgənin tarixi mədəniyyət abidələri, sosial-idisadi inkişafı ilə yaxından tanış olmalarını tövsiyyə etmişdir. Sonra Gədəbəy rayonun ümumtəhsil məktəblərindən olan  40 nəfər şagird  onlar üçün xüsusi ayrılmış avtobusla  Gədəbəy - Qəbələ - Şəki- Zaqatala istiqamətində yola salınmışlar.

Keçidlər