Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonun Xarxar kəndində vətəndaşlarla səyyar-qəbul görüşü keçirildi.

09 yanvar 2019 | 16:00

Gədəbəy rayonun Xarxar kəndində vətəndaşlarla səyyar-qəbul görüşü keçirildi.
Yanvarın 09-da Rayonun Xarxar kəndində səyyar-qəbul görüş keçirilmişdir. Qəbulda idarə, müəssisə, təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, kənd ərazisində nasaz elektrik dirəklərinin yenisi ilə əvəz olunması, qaz xəttinin təzyiqinin artırılması və şəxsi məsələlərə dair müraciətlər etmişlər. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəzilərinin həlli üçün elə yerindəcə tapşırıqlar verilmiş və digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir. Sonda kənd sakinləri əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər