Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikamızın hər bir guşəsində olduğu kimi, Gədəbəy rayonunda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur.

29 dekabr 2018 | 16:00

Respublikamızın hər bir guşəsində olduğu kimi,  Gədəbəy rayonunda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il   münasibətilə Gədəbəyliləri səmimi-qəlbdən təbrik etmişdir.  Qeyd etmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təsisi edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır

Keçidlər