Şriftin ölçüsü :

Saytın rəngi :

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə Gədəbəy rayonunda “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan Gəncliyi” adlı inşa yazı müsabiqəsi keçirilmişdir.

25 dekabr 2018 | 16:00

“Gədəbəy rayonunda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan Gəncliyi” adlı inşa yazı müsabiqəsi və “Nə? Harada? Nə zaman?” formatlı intellektual oyunlar üzrə “Həmrəylik kuboku”nun zona birincilikləri keçirilmişdir. Belə ki, zona birinciliyində rayonun Şınıx, Novosaratovka, Kiçik Qaramurad, Miskinli, Çanaqçı və Şəhər olmaqla 6 zonası üzrə 55  tam orta məktəbi əhatə edən hər məktəbdən 1 komanda və hər komandada 6 nəfər şagirdi iştirak etmişdir.

Gədəbəy rayon çempionatının final mərhələsində  “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan Gəncliyi” adlı inşa yazı müsabiqəsinin  və intellektual oyunların qalibləri    Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Musatafayev tərəfindən qəbul edilərək kubok, diplom və medallarla təltif olunmuşdur.

Keçidlər