Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Mülki Müdafiə sahəsində 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib.

06 dekabr 2018 | 16:00

Gədəbəy rayonunda Mülki Müdafiə sahəsində 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib.
Müşavirədə Gədəbəy RİH başçısının birinci müavini, Rayon FHK-nın sədri Natiq Nağıyev, FHN Gəncə Regional Mərkəzin rəis müavini, polkovnik Məhəmməd Tağıyev, idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, RİH başçısının şəhər və kənd İƏD üzrə nümayəndələri iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan RİH başçısının birinci müavini, Rayon FHK-nın sədri Natiq Nağıyev mülki müdafiə  sahənin vacibliyini qeyd edərək xidmət profilindən asılı olmayaraq bütün obyektlərdə illik mülki müdafiə tədbirlər planı əsasında mülki müdafiə tədbirlərinin icrasının vaxtında təmin olunması, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılması üçün Mülki Müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi tədbirlərinin həyata keçirilməsi qeyd olunmuşdur. Daha sonra hesabat məruzəsi dinlənilmişdir.
FHN Gəncə Regional Mərkəzin rəis müavini, polkovnik Məhəmməd Tağıyevin bu sahədə mövcud problemlər və onların aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağlı geniş nitqi dinlənilmiş, 2019-cu il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Sonra göstərilən məsələlərlə bağlı dinləmələr keçirilib, suallar cavablandırılmışdır.

Keçidlər