Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirildi

07 mart 2018 | 16:00

Gədəbəy rayonunda 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Gədəbəy RİH başçısı cənab Ramiz Yediyarov çıxış edərək bildirdi ki, Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. Seçki hüququnu dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.  Qadınlar həm də cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışır, öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər. Sonra rayonun bir sıra  fəal qadınlarına fəxri fərman və hədiyyə verildi

Keçidlər