Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda “2016-cı ilin aprel döyüşləri: Hərb tariximizin qızıl salnaməsi” mövzusunda tədbir keçirilib

10 oktyabr 2017 | 16:00

 Gədəbəy rayonu Aşıq Məktəbində Gədəbəy rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qayğı və Himayə xeyriyyə Fondu tərəfindən “2016-cı ilin aprel döyüşləri: Hərb tariximizin qızıl salnaməsi” mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə Qayğı və Himayə xeyriyyə Fondunun prezidenti Gülayə Rzayeva, Yazıçılar birliyinin bölmə sədri Sərvaz Hüseynoğlu, Milli xəbər informasiya agentliyinin təsisçisi və baş redaktoru Zamin Zeynal və Aşıqlar birliyinin üzvü Könül Bayramova iştirak etmişdirlər.
Tədbirdə ilk olaraq rayonda Ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlanılmışdır. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Tədbir iştirakçıları Şəhidlər Xiyabanını da ziyarət etdikdən sonra Aşıq Məktəbinin iclas zalında tədbir başladı.
Tədbiri giriş sözü ilə açan RİH Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov tədbir iştirakçılarını salamlamış, qonaqları tədbir iştirakçılarına təqdim etmişdir. O öz nitqində iştirakçılara rayonda görülmüş abadlıq quruculuq işləri və hərbi vətənpərvərlik sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verdi.
Çıxış edən Gelayə Rzayeva tədbirin mahiyyəti, aprel döyüşləri haqqında danışdı və nitqini aprel döyüşlərinə həsr etdiyi şeri ilə sona çatdırdı.
Yazıçılar birliyinin bölmə sədri Sərvaz Hüseynoğlu çıxış edərək Azərbaycan Respublikasının hərb tarixi, keçdiyi inkaşaf yollarından söhbər açdı.
Tədbir Gədəbəy rayonu Aşıq Məktəbinin Folklor ansamblının ifası ilə sona çatdı

Keçidlər