Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə “2 Fevral - Gənclər günü” qeyd olundu

02 fevral 2017 | 16:00

"Eldorado" İstirahət Mərkəzində “2 Fevral - Gənclər günü”  münasibəti ilə geniş tədbir keçirildi. 150-dək gəncin iştirak etdiyi tədbirin ilk hissəsində əvvəlcə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının I müavini Qüdrət Paşayev çıxış edərək, gənclər siyasəti ilə bağlı görülən işlər haqda geniş məlumat verdi, gənclərə öz məsləhət və tövsiyyələrini çatdırdı. Daha sonra Gədəbəy rayon Gənclər və İdman İdarəsinin rəisi Əlviz Gülməmmədov hesabat xarakterli çıxış etdi.
Çıxışların ardından il ərzində fəallığı ilə seçilmiş gənclər Fəxri fərmanlarla təltif edildilər.
Tədbirin ikinci hissəsində 21 komandanın iştirakı ilə intellektual yarışma keçirildi. Sonda 3 komanda eyni sayda – 13 xal topladı. Əlavə əmsallara görə qalib adını KİNE komandası qazandı. Mükafatçı komandalar diplom və medallarla təltif olundular.
Tədbir şirniyyət süfrəsi və musiqili-əyləncəli proqramla davam etdirildi.

Keçidlər