Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi.

08 noyabr 2016 | 16:00

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, ikinci dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan etdiyini, ölkə başçısı cənab İlham Əliyevin isə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması ilə bağlı 2009-cu il noyabrın 18-də sərəncam imzaladığını söylədi. O, Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırdı.

Keçidlər