Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar-treninq təşkil edilmişdir.

23 iyun 2016 | 16:00

 23 iyun 2016-cı il tarixdə Gədəbəy rayonu Aşıq Musiqi Məktəbinin iclas zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının iştirakı ilə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar-treninq təşkil edilmişdir. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin təqdimatı ilə başlanmışdır. Filmə baxdıqdan sonra Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Paşayev çıxış edərək tədbir iştirakçılarına rayon haqqında   və rayonda hazırki dini durum barədə geniş açıqlama vermişdir. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək tədbir işiştirakçılarına qeyri-ənənəvi dini cərayanlar, dini radikalizm barədə və “Fitnə” sənədli filmi haqqında geniş izahlar verdi.

Keçidlər