Şriftin ölçüsü :

Saytın rəngi :

Vaksinasiya prosesi respublikamızın hər bir yerində olduğu kimi Gədəbəy rayonunda da uğurla davam edir.

24 noyabr 2021 | 16:00

Əsas məqsədi cəmiyyətdə kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınması olan vaksinasiya prosesi respublikamızın hər bir yerində olduğu kimi Gədəbəy rayonunda da uğurla davam edir.

Bu işlərin mütəşəkkil qaydada təşkili edilməsi və səmərəliliyinin artırılması üçün rayon İcra Hakimiyyətində işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən rayon ərazisində yaşayan bütün sakinlərin, o cümlədən ümumtəhsil müəssisələrində və digər qurumlarda işləyənlərin, pensiya, müavinət, ünvanlı dövlət sosial yardımı alanların “booster” doza ilə peyvəndlənmə prosesinə cəlb olunması və bu məqsədlə maarifləndirmə-izahat işinin daha da gücləndirilməsi, habelə digər zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Keçidlər