Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir və treninq keçirilib.

19 noyabr 2021 | 16:00

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Gədəbəy rayonuna səfəri çərçivəsində rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının üzvləri ilə görüşü təşkil olunmuşdur.
Rayon İcra Hakimiyyətində baş tutan görüş zamanı bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun müvafiq göstərişinə əsasən, rayonun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, iclasda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq görülmüş  işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən, RİH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri Natiq Nağıyev çıxış edərək,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış və təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 2021-ci ilin 9 ayı ərzində rayonda narkomaniya ilə mübarizədə görülmüş işlər barədə geniş məlumat verib.
Daha sonra “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda rayonun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, sinif rəhbərləri və məktəb psixoloqlarının iştirakı ilə treniq keçirilib. Karantin rejiminə uyğun olaraq keçirilən treniqdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar ediblər.
Çıxış edənlər narkotiklərin insan orqanizmində yaratdığı məhvedici təsirlərdən, törətdiyi sosial bəlalardan və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolundan ətraflı şəkildə bəhs ediblər.
Sonda tədbir iştirakçılarına metodiki tövsiyə xarakterli materiallar təqdim olunub.

Keçidlər