Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyalara start verilmişdir.

03 noyabr 2021 | 16:00

Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq  Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyalara start verilmişdir.
Cəmi 44 gün ərzində düşmənə qarşı yüksək psixoloji ruh ilə tətbiq etdiyi taktiki yeniliklər, müasir silah sursatdan və texnikadan istifadə, yüksək səviyyəli ordu quruculuğu və vahid komandanlıq sayəsində Azərbaycanın düşmən üzərində möhtəşəm qələbəsini , xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığını , tarixi Zəfərimizin əbədiləşdirilməsi,  gələcək nəsillərə çatdırılması  üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 03 dekabr 2020- ci il tarixli sərəncamına əsasən  Hərbi Qənimətlər Parkı salınmışdır.
01 noyabr 2021- ci il tarixindən  təşkil edilmiş virtual ekskursiyanın  iştirakçıları ilk növbədə gənc mədəniyyət əməkdaşları və mərkəzin könüllü gəncləri olmuşdur.
3 noyabr 2021 ci il tarixdə isə virtual ekskursiyanın  iştirakçıları  Gədəbəy rayon ümumtəhsil məktəblərindən 1 saylı şəhər, Slavyanka, Zəhmət və Xar-Xar kənd tam orta məktəblərinin şagirdləri olmuşlar. Ziyarətçilərə “Hərbi Qənimətlər Parkı” haqqında məlumat verilmiş, Parkda sərgilənən , 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun silahlı qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə ermənilərdən qənimət kimi götürülmüş hərbi silah sursat və həmçinin Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar və düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər- M” raketinin qalıqları və digər eksponatların şəkilləri, onlar haqqında ayrı- ayrı məlumatlar verilmiş, Vətən müharibəsində Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilmiş düşmənin döyüş texnikalarının sərgiləndiyi, Azərbaycanın parlaq Qələbəsinə canlı şahidlik edən "Hərbi qənimətlər parkı " haqqında hazırlanmış film nümayiş etdirilmişdir.

Keçidlər