Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda daha bir Vətən müharibəsi şəhidinin doğum günü ailəsi ilə birlikdə qeyd olunub.

25 oktyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Mustafayev Elvin Qiyas oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Elvin Mustafayevin bu gün 28 yaşı tamam olur.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Gədəbəydə də hər zaman örnək və nümunə götürülür.
Bu gün 28 yaşını qeyd etdiyimiz Elvin Mustafayevin xatirəsi  yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qılıcov Nizaməddin İmran oğlu, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və digər qonaqlar Çalburun kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, Müharibədə qəhrəmanlıq göstərən şəhid Elvin Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” , 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər