Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 27 sentyabr “Anım Günü” ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilmişdir.

17 sentyabr 2021 | 16:00

14 sentyabr 2021-ci il tarixdə “Anım Günü”nün keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan gədəbəyli gənclərin ildönümü ərəfəsində rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və ağsaqqalların iştirakı ilə Gədəbəy rayonunda şəhid Məmişov Tural Tələt oğlu, şəhid Əsgərov Hüseyn Ramiz oğlu,  şəhid Quliyev Nofəl İlham oğlu, şəhid Rüstəmov Vüqar Kamil oğlu və şəhid Məmmədov Yasin İmran oğlunun məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunması istiqamətində mühüm tədbirlər həyata keçirir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıq hisslərini ifadə etdilər.

 

Keçidlər